Paşinyan hökumətin iclasında Əliyevlə razılaşmasından DANIŞDI

928

Dəmir yolu keçdiyi ölkələrin yurisdiksiyasına və suverenliyinə qarşılıqlı hörmətlə fəaliyyət göstərəcək. Ermənistan və Azərbaycan liderləri Brüsseldə keçirilən görüşdə dəmir yolunun tikintisi ilə bağlı razılaşmanı təsdiqləyiblər.

Modern.az xəbər verir ki, bunu Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün yekunlarını şərh edərkən deyib.

Söhbət Ermənistan, Naxçıvan və Azərbaycan arasında Arazdəyən-Culfa-Meğri-Horadiz xəttində dəmir yolunun işinin bərpasından gedir.

Paşinyan xatırladıb ki, əvvəllər Ermənistan, Azərbaycan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu hazırlıq işləri aparıb. Sazişin özü noyabrın 26-da Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Soçidə keçirilən görüşündə elan edilib və Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə təsdiqlənib.

Paşinyan dəmir yolunun keçdiyi ölkələrin yurisdiksiyasına və suverenliyinə qarşılıqlı hörmətlə yanaşılmaqla, tanınmış sərhəd və gömrük qanunları əsasında fəaliyyət göstərəcəyini vurğulayıb. O xatırladıb ki, nəticədə Ermənistan dəmir yolu ilə İran və Rusiyaya, Azərbaycan isə Naxçıvana çıxış əldə edəcək. Bundan başqa, Türkiyə ilə sərhədlərin və kommunikasiyaların açılmasında razılaşmaq olarsa, Gümrü-Qars dəmir yolu da işləyəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər