Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan sensasion bəyanatla çıxış edib.
Paşinyanın sözlərinə görə, Azərbaycan hakimiyyəti ilə operativ rabitə qurulub.
Baş nazir vəzifələrini icra edən qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində misli görünməmiş sakitlik hökm sürür. Paşinyan bunu sentyabrın sonunda Düşənbədə əldə edilmiş razılıqların nəticəsi hesab edir.
“Azərbaycan hakimiyyəti ilə, razılaşdığımız kimi, etibarlı operativ rabitə qurulub. Zərurət yarandıqda məlumat yarım saat ərzində Azərbaycan prezidentinə və əks istiqamətdə çatdırılacaq. Əlbəttə, hər dəfə əlaqə saxlamırıq – yalnız zərurət yarandıqda”, – Paşinyan izahat verib. (Virtualaz.org)
Paşinyan: “İlham Əliyevlə etibarlı operativ rabitə qurmuşam”
•
1108