Paşinyan istefa verdi – Yenilənib

1023

Ermənistan Baş naziri Nikol Paşinyan istefa verib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı bəyan edib.

***

Mövcud Konstitusiyaya görə növbədənkənar seçkilərin keçirilməsi yalnız Baş nazir istefa verdikdə mümkündür.

“Konstitusiya müddəalarının həyata keçirilməsi və parlamentin buraxılması üçün mən bu gün istefa verirəm”, – o deyib.

Paşinyan seçkilərə qədər hökumətə rəhbərlik edəcəyini də açıqlayıb.

Xatırladaq ki, martın 18-də N.Paşinyan iyunun 20-də Ermənistanda parlament seçkilərinin keçiriləcəyini bəyan etmişdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər