Paşinyandan bəyanat: “Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır”

1405

“Ermənistan “Dağlıq Qarabağ”ın “hökuməti”ni tanımır”.

Erməni KİV-in məlumatına görə, bu sözləri baş naziri Nikol Paşinyan deyib.

O, separatçıların “rəhbəri” Samvel Şahramanyanın “Le Figaro” nəşrinə müsahibəsində “mühacirətdə olan” “Qarabağ hökuməti”nin İrəvanda fəaliyyətini davam etdirməsi ilə bağlı sözlərinə belə münasibət bildirib. Paşinyanın sözlərinə görə, Qarabağdan köçən bəziləri Ermənistanın milli təhlükəsizliyini təhdid edən addımlar atırlar.

“Diqqətə çatdırmaq istəyirəm ki, İrəvanda bir hökumət var, o da burada əyləşib. Lazım gələrsə, bəzi xarici dairələrin təhlükəsizlik təhdidi yaratmaması üçün müvafiq tədbirlər görülməlidir”, – Paşinyan bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər