Ermənistanın baş naziri Anna Akopyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib.
Publika.az xəbər verir ki, oktyabrın 8-də işğal olunmuş ərazilərə gələn Anna təmas xəttində erməni hərbi birləşmələrinə baş çəkib.
A.Akopyanı Rusiyadan olan bir sıra yazıçı, jurnalist və müxtəlif ictimai statusları olan qadınlar da müşahidə edib.
Onlar təmas xəttində müharibəyə qarşı bəyanatlar səsləndiriblər.
“Bu müharibəni bitirmək lazımdır”, – “Vera” yardım fondunun rəhbəri Nyuta Federmesser deyib.
Paşinyanın həyat yoldaşı onu müşahidə edən rusiyalı qadınlara Azərbaycana getməyi və orada da təmas xəttində baş çəkməyi tövsiyə edib.
Rusiyalı qadınlar Azərbaycana gedəcəklərinə söz veriblər. Hərçənd, onlar getdikləri torpağın Azərbaycana məxsus olduğu və bu səfərin qanunsuz olduğu faktorunu unudurlar.