Paytaxtda tıxac problemi: daha 3 gün səbir edin...

1309

Anar Nəcəfli: “İki-üç gün ərzində təmir aparılan ərazidə sıxlıq problemi olmayacaq”

İki gündür  ki, Bakı-Sumqayıt yolunda tıxac problemi yenidən aktuallaşıb. Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Həmin istiqamət üzrə hərəkət edən sürücülər, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar bildirirlər ki, 2-3 saat tıxacda qalıb, axşam evlərinə, səhər də işə gecikirlər. Tıxac probleminin səbəbi ərazidən keçən yolun təmir olunmasıdır.

Ekspert İlqar Hüseynov “Yeni Müsavat”a bildirib ki, həmin yol əslində payız ayında təmirə bağlanmalı idi:

“Çünki yay aylarında həmin istiqamətdə bağlara gedənlərin sayı hədsiz dərəcədə artır. İkincisi də hesab edirəm ki, əslində sözügedən yolda təmirə bir o qədər də ehtiyac yox idi. Alternativ yol təklif olunmalıdır. Bu yol da Binəqədi ərazisində Biləcəri istiqamətinə hərəkət etməkdir. Həmin yol da hazırda çox yüklənib. Orada da nəqliyyat iflic vəziyyətə düşüb. Yolu payız aylarında hissə-hissə təmir etmək lazım idi.

 

Ä°lgili resim

Xırdalandan Bakı istiqamətinə ikinci bir alternativ yol yoxdur. Ona görə də heç bir variant mümkün deyil. Vətəndaşlar yalnız Xocasən yolu ilə Bakı dairəvi yoluna çıxıb, oradan da Yasamal ərazisindən şəhərə girə bilərlər. İkinci, üçüncü variant isə yoxdur”.

Anar Nəcəfli ile ilgili görsel sonucu

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Yeni Müsavat”a açıqlamasında fərqli fikirlər söylədi. A. Nəcəfli bildirdi ki, alternativ yolların siyahısı hələ onlar tərəfindən təmir işləri başlamazdan öncə təqdim olunub: “Məsələ burasındadır ki, hər hansı bir iş görən zaman insanları heç vaxt razı salmaq mümkün deyil. Yəni görülən işlərlə bəzi qisim şəxslər razılaşırlarsa, bir qisim isə bunu qəbul etmir. Əgər biz təmir işlərini məktəb, universitetlərin açıq olduğu zaman aparsaydıq, o zaman da deyəcəkdilər ki, nə üçün təmir işlərini yay aylarına salmayıblar. Bu dəfə də narazı qalacaqdılar. Hazırda yay ayıdır və biz təmir işi görürük, deyirlər ki, nə üçün bunu qış aylarında etmirsiz? Bu məsələdə insanlarımız fərqli düşünürlər. Biz gözləyirdik ki, məktəb və universitetlər tətilə bağlasın və yolun təmirinə başlayaq. Deyim ki, həmin yol 10 ildən artıqdır ki, istismardadır və heç zaman da təmir olunmayıb. Nəticədə asfalt-beton örtüyünün üst qatında aşınmalar yaranmışdı. Həmin yol indi təmin olunmasaydı, bir müddət sonra təmir üçün daha böyük problemlər yaşana bilərdi. Nəticədə yol daha uzun müddətə bağlı saxlanılardı. Belə olsaydı, problem də indiki kimi olmazdı. Hazırda orada əməkdaşlarımız çalışırlar. Qısa müddət ərzində çalışılacaq ki, ərazidə təmir işləri yekunlaşdırılsın. Təxminən iki-üç gün ərzində həm avtomobil körpüsü ilə, həm də oradakı tunellə artıq hərəkət bərpa olunacaq. Orada hərəkət bərpa olunandan sonra ”20 Yanvar” dairəsi, “Şamaxinka” deyilən ərazidə yaşanan sıxlıq aradan qaldırılmış olacaq. Ancaq təmir işləri hissə-hissə olmaqla qarşı tərəflərdə davam etdiriləcək”.

A.Nəcəfli bildirib ki, iyunun 27-də yaşanan sıxlıq olmayacaq: “Çünki artıq insanlarımız alternativ yollardan istifadə edərək, mənzil başına çatırlar. Məsələn, Lökbatan-Xocasən yolundan, Bakı dairəvi yoldan, Novxanı-Pirşaxı, Sumqayıt-Pirşağı, Binəqədi yolundan istifadə etmək olar. Vətəndaşlar bu yollardan istifadə etməklə təmir ərazisinə girmədən, mənzil başına çata bilərlər. Alternativ yollarla bağlı daha öncədən məlumat vermişdik. Üç gün öncə məlumat yayan zaman həmin alternativ yolları da göstərmişdik ki, bu yollardan istifadə etmək olar. Ümumilikdə isə deyim ki, 6-11-ci kilometr hissədə aparılan təmir işlərində həm gediş, həm də gəliş hissə nəzərdə tutulub. Ümumi işlərin 20 gündən artıq davam etməsi nəzərdə tutulub. İndiki körpü istiqamətində yaşanan sıxlıq 2-3 günə tam olaraq açılacaq. Artıq orada ciddi problem olmayacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər