Pərvin Abıyeva: “Qardaşım mənimlə fəxr edir…”

1494

Qardaşım mənimlə fəxr edir. Onun bacısı heç kimin haqqını tapdalamır, heç kimi pozğunluğa cəlb etmir, hamıya yaxşılıq edir. Onun mənimlə fəxr etmək üçün çox səbəbi var.

Bu sözləri aktrisa Pərvin Abıyeva deyib. Aktrisa İnstaqram-da canlı yayımda izləyicilərinin suallarını cavablandırıb. O, seriallara çəkilməməsinin səbəbini açıqlayıb:

“Seriallara çəkilmirəm, çünki istədiyim qonorarla razı olmurlar. Mən də onların verdiyi qonorarı istəmirəm. Serial bazarında pul yoxdur. Bu yay bəlkə beş serialdan imtina etmişəm. Baxıram ki, məni bəyənməyən yarı aktrisalar mənim razılaşmadığım məbləğdən az da o rola çəkilir. O pul heç mənim benzinimi ödəmir. Baxıram onlara gülürəm, fərqimiz budur. Zəhmətimə dəyər verirəm, siz yox. Nə var efirdə olum deyə, gedib hər şeyə çəkilirsiz. Sonra da gedib o pulu müalicəyə qoyursunuz”.

Pərvin rejissorlardan istədiyi qonorarın məbləğini də açıqlayıb:

 

“Rejissor və ya prodüser çağırır, danışırsan, hər şeyi izah edir. Maaşa gələndə qalır. Deyirəm ki, aya 3 min manat, bölüm başına 500 manat istəyirəm. Ayın hər günü çəkiliş olmur. Cavab verirlər ki, bizim sizə verəcəyimiz maaş min manatdır. Buna gülürəm ki, min manata mən ilk serialda çəkildim. Sonra dedim ki, bitdi serial. Çəkilişlər soyuq məkanda aparılır, donuruq. Elə səhnələr olur ki, səhərə kimi davam edir. Yuxusuz qalırsan, qrim üzünü məhv edir. Əsəblərin pozulur.

Yeməklər mədəni xəstə salır. İlin sonunda görürsən ki, əsəblərin, mədən, təzyiqin, dərin artıq o deyil. Ayda aldığın min manat nəyə çatır? Ancaq müalicəmə gedəcək. Özümə qadağa qoydum ki, tələb etdiyim maaş olmayana qədər oynamayacam. “Bacanaqlar”dan başqa heç yerdə 4 ildir yoxam. Mənimlə işləməyi çox istəyirlər, reytinqə görə. Çox tanınmayan aktrisanı çəkəcək, səhifəsində on min görəcək. Pərvin paylaşsa isə 780 mindən çox adam baxacaq, reytinq qalxacaq”.

Aktrisa gəlir mənbəyini də açıqlayıb:

“Serial insanı geriyə atır. 4 il ərzində səhifəmdə reklam yerləşdirirəm, bunları pulla edirəm. Real izləyicilər yığmışam. Məhsul qarşılığında hədiyyə ilə işləmirəm. İstifadə etməyəcəyim şeylərdir. Bütün reklamlara pul alıram”. axşam.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər