Pakistanın eks-prezidenti Pərviz Müşərrəf edam olunacaq. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dövlətə xəyantədə təqsirli bilinib.
Müşərrəf 1999-cu ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib. O, ölkəni 9 il idarə etdikdən sonra impiçment olunmamaq üçün könüllü istefa verib. 2013-cü ildə isə barəsində dövlətə xəyanət maddəsi ilə iş açılıb.