Peyvənd olunmayan ər-arvad 3 gün içində öldülər

1296

Diyarbəkirdə faciəli hadisə baş verib. Şəhərin Silvan rayonunda koronavirusdan müalicə alan Cevat (50 yaş) və Feside (48 yaş) Ateş cütlüyü, müalicə aldıqları xəstəxanada 3 gün ara ilə ölüblər.

Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Silvanın Çardak mahalında yaşayan Cevat və Feside Ateşdə 10 gün əvvəl koronavirus əlamətləri aşkarlanıb. Dövlət Xəstəxanasına gedən cütlükdən PCR testi alınıb və nəticələri müsbət çıxıb. Bir müddət sonra vəziyyətləri pisləşən cütlük Diyarbakır Qazi Yaşargil Təhsil və Araşdırma Xəstəxanasına köçürülüblər.

Bütün müdaxilələrə baxmayaraq 4 gün əvvəl Cevat Ateş həyatını itirib.  Cevat Ateş məhəllədəki qəbiristanlıqda gözyaşları ilə basdırılıb. Xəstəxananın reanimasiya şöbəsində müalicə olunan Feside Ateşi də xilas etmək mümkün olmayıb. Belə ki, ötən gün edilən bütün müdaxilələrə baxmayaraq o da həyatını itirib. Feside Ateş, məhəllə qəbiristanlığında həyat yoldaşı Cevat Ateşin yanında dəfn edilib.

Qeyd edək ki, cütlüyün peyvənd edilmədiyi bildirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər