“Peyvənd vurduran şəxslər arasında ölüm halı müşahidə edilmir” – Adil Qeybulla

457

Alimlər bu qərara gəliblər ki, peyvəndin qoruyuculuq qabiliyyəti maksimum 6 aydır. Deməli, hər bir insan ildə ən azı 2 dəfə peyvənd olunmalıdır. Pandemiyanın bitəcəyi tarixlə bağlı konkret rəyin olmadığından COVID-19-nun təxminin 5 il davam etdiyi təqdirdə, həkimlərin tövsiyəsinə uyğun olaraq insanlar sağ qalmaq üçün 30 dəfə peyvənd olunmalıdır.

Azərbaycan Tibb Universiteti 1-ci Cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla Yenisabah.az açıqlamasında deyib ki, daşıyıcı viruslara qarşı ömürlük peyvənd yoxdur:

“Onlar daima mutasiyaya uğrayırlar. Qripin 2000-dən çox ştammı var. Ona görə də, hər il qripin yeni peyvəndi ortaya çıxır. Qripə qarşı peyvənd olunmuş şəxslər hətta virusa yoluxduqda belə xəstəliyi xeyli yüngül keçirirlər. O cümlədən koronavirusa.

Koronavirusda RNT daşıyıcı virus olduğu üçün daim mutasiyaya uğrayır və xassəsini dəyişir. Ona görə də mövcud peyvəndlərin təxminən 6 aylıq müddəti var”.

Həkimin sözlərinə görə, immun sistemin mövcud mutasiyalara qarşı davamlılığı üçün dəstəkləyici doza vurulmalıdır:

“Pandemiya əbədi deyil. Maksimum 3 ilə başa çatacaq. Bu müddət ərzində dəstəkləyici (buster) vaksin vurulmasından qətiyyən çəkinmək lazım deyil. Çünki peyvənd vurduran şəxslər arasında ölüm halı müşahidə edilmir. Ən azından bu çox önəmlidir”.

Nəzrin Vahid

“Peyvənd vurduran şəxslər arasında ölüm halı müşahidə edilmir”  - Adil Qeybulla

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər