Peyvəndin üçüncü dözasını pfizer vurdurmaq istəyən sumqayıtlılar hara müraciət etməlidir?

1006

Koronavirusun mutasiyası nəticəsində yeni Delta variantının ortaya çıxmasından sonra, Azərbaycan da daxil bir sıra ölkədə 3-cü peyvənd dozası (buster dozası) təklif olunur
Buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur.

Bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.

Araşdırmalara görə, peyvənddən sonra bir müddət maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər.

Azərbaycanda üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün şəxslərə tövsiyə edilir.

Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər. Yəni, əvvəl aldığınız 2 dozadan asılı olmayaraq, vaksindən birini seçə bilərsiniz.

Sumqayıt şəhərində üçüncü doza üçün Pfizer seçmək istəyən şəxslər 45-ci məhəllədə yerləşən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə
(2 saylı uşaq poliklinikası) müraciət edə bilərlər.

Qeyd edək ki, peyvəndin üçüncü dozasını birinci dozadan 6 keçdikdən sonra vurdurmaq mümkündür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər