“Polimer Sənaye Parkı” işçi axtarır - SUMQAYITDA VAKANSİYA

5564

Polimer Sənaye Parkı” namizədləri “Satış müdiri” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

– Bazarın araşdırılması və proqnozlaşdırılması
– Müştəri bazasını genişləndirmək üçün strateji planın hazırlanması və hədəflərə nail olunması
– Şirkətin qiymət siyasətinin inkişafı
– Müştəri bazasının sistemləşdirilməsi və analizi
– Yeni müştərilərin cəlb ediləməsinin təşkili
– VİP-müştərilər ilə görüşlərin keçirilməsi
– Perspektiv və cari satış planlarının işlənilməsi
– Şirkətin sərgilərdə və konferensiyalarda təmsil olunmasının təşkili
– Satış nümayəndələrinin tədrisi
– Satış nümayəndələri üçün satış planlarının təyini və icrasına nəzarət
– Satış nümayəndələri üçün motivasiya sxeminin hazırlanması
– Satış nümayəndələri ilə həftəlik görüşlərin keçirilməsi
– Rəqib şirkətlərin fəaliyyəti haqqında məlumatlı olması
– Kommersiya təkliflərinin, müqavilələrin və digər müvafiq sənədlərin hazırlanması
– İdarə etdiyi şöbə üzrə rəhbərliyə aylıq, rüblük və illik hesabatların təqdim olunması

TƏLƏBLƏR:

– Ali təhsil
– Satış rəhbəri vəzifəsində 5 (beş) ildən az olmayaraq iş stajına malik olmalı.
– İstehsalat sahəsində satış  təcrübəsinə malik olmalı. (Polimer, Kağız, Karton, Qapı və Mebel)
– Səlis nitq: Azərbaycan dili, Rus dili və Türk dili. İngilis dili arzuolunandır.
– Microsoft Windows proqramları və ya tələb olunan müvafiq kompüter proqramları ilə işləmək bacarığına sahib olmaq.
– Yüksək idarəetmə, konfliktlərin həll olunması bacarığına malik olmalı.
– Satış planını idarə etmək qabiliyyəti olmalı.
– Yüksək səviyyədə  dinləmə, danışıq və təqdimat bacarıqları.
– Yüksək səviyyədə şifahi  və yazılı kommunikasiya bacarığı.

ŞƏRAİT:

– Iş məqsədi ilə istifadə olunacaq yanacaq;
– Korporativ nömrə və danışıq limiti şirkət tərəfindən təmin olunur.
– Əmək haqqı 1200 AZN + satışdan %
– İş yeri Sumqayıt şəhərindədir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış müdiri” yazaraq cv@polypark.az ünvanına göndərilməsi xahiş olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər