Polşanın Belostok şəhərinin meri Sumqayıtda – FOTO

890

Polşanın Belostok şəhərinin meri Tadeuş Truskolyaski Sumqayıt şəhərində səfərdədir.

Səfər çərçivəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov Belostok şəhərinin meri Tadeuş Truskolyaskini qəbul edib.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Zakir Fərəcov nümayəndə heyətinə Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Hər iki şəhərin qarşılıqlı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Belostok şəhərinin meri Tadeuş Truskolyaski yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirib. Sumqayıt və Belostok şəhərləri arasında 2013-cü ildən dostluq əlaqələrinin qurulduğunu qeyd edən mer Tadeuş Truskolyaski bu münasibətlərin iki şəhər arasında mədəni, iqtisadi və sosial sahələrdə əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayıb. O, həmçinin gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsi və yeni layihələrin həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Daha sonra qonaqlar Sumqayıt şəhəri ilə yaxından tanış olublar. Onlar şəhər stadionuna, Heydər Əliyev Mərkəzinə, Şahmat Məktəbinə və şəhərin parklarına baş çəkiblər.

Qeyd edək ki, Belostok Polşanın şimal-şərqində yerləşən böyük şəhərdir və 300 min əhalisi olan Podlyaska voyevodalığının inzibati mərkəzidir. Şəhər toxuculuq sənayesi ilə məşhurdur. Burada qida, ağac emalı, keramika sənayesi və maşınqayırma da inkişaf edib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər