Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ukraynada bir ailəni yanan avtomobildən xilas edən Şirinov qardaşları ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı həyatlarını təhlükəyə ataraq ailəni xilas edən qardaşları şəxsi şücaət göstərdikləri üçün “İgidliyə görə” medalı ilə təltif edib.
Xatırladaq ki, Şirinov qardaşları yanan avtomobildən 3 yaşlı Maksimi və onun valideynlərini son anda xilas etmiş, daha sonra ailənin bütün xəstəxana xərclərini qarşılamışdılar.