Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.