Prezident həmişəki kimi qəti mövqe nümayiş etdirdi

522

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirildi. Prezident müşavirədə son günlərin gündəliyində duran bir sıra siyasi məsələlərə aydınlıq gətirib, müəyyən mesajlar verdi. Beləliklə, prezidentin nitqinin hərbi-siyasi aspektləri daha çox diqqəti cəlb etdi: 44 günlük müharibənin hər günü dərindən təhlil edildi və təhlillər gələcək ordunun daha səmərəli təşkilinə imkan verdi.

Bildirildi ki, hazırda yeni silah və texnikanın alınması prosesi gedir. Müharibədən sonra Müdafiə Nazirliyində aparılan struktur islahatlarından danışan cənab Prezident qeyd etdi ki, bu, ordumuzu daha da gücləndirəcək və müasirləşdirəcək. Müharibədən sonra yeni ordu növü – komandoların yaradılması vurğulanmış və bu ordu növünün istənilən vəzifəni yerinə yetirə biləcəyi qeyd edilmişdir.

Cənab İlham Əliyevin müşavirədə Azərbaycanın hərbi potensialına xüsusi diqqət çəkməsi həmin mesajı özündə cəmləşdirir və perspektiv istiqamətləri göstərir. Bu perspektivdə Azərbaycanın başqa ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirməsi xətti dayanır, bu isə ölkəyə ən müasir silah və texnikaların idxalının davam etdirilməsini qaçılmaz edir. Hərbi yöndəki digər istiqamət Azərbaycan ordusunun Türkiyə modelinə keçididir, bunun tərkib hissələrindən biri xüsusi təyinatlı qüvvələrin daha da təkmilləşdirilməsidir. Ölkə başçısının çıxışında qeyd olunan bu məqamı Azərbaycanın müdafiə və təhlükəsizliyi üçün böyük işlər görüləcəyinin anonsu kimi qiymətləndirilə bilər.

Artıq minlərlə komando tam hazırlıqlı döyüşçü kimi hazırlanıb və bundan sonra da hazırlanacaq. Bununla paralel olaraq xüsusi təyinatlıların şəxsi heyətinin sayının artırılması hərbi sahədə qarşıda duran əsas hədəflərdəndir. Komado hərbi bilikləri düşmənin mümkün taktiki, xüsusi təyinatlı qüvvələri isə strateji dərinliyə sızma əməliyyatlarını icra edirlər.  Hər hansı döyüş şəraitində fəaliyyət koordinasiya edilir.

Ermənistan və onu dəstəkləməyə çalışanlar bu amil üzərində düşünməli və onu silahlandırmaq fikrindən əl çəkməlidirlər. Ermənistanı silahlandırmaq imkanından danışan cənab prezident bu  mesajları verir:

  • Azərbaycan Ermənistana bütün silah axınına (əvvəlki kimi) nəzarət edəcək.
  • Ermənistanı silahlandıran ölkə Azərbaycanın dostu ola bilməz.

Bölgədə sülhün bərqərar olması üçün Ermənistanın silahlanması dayandırılmalıdır.Ermənistanın silah almağa pulu yoxdur və heç vaxt da bu imkanı olmayıb. “İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb. Bir hissəsi isə Hərbi Qənimətlər parkında nümayiş etdirilib. Əgər Ermənistanın silahlanmasına yenidən pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək”.

Cənab Prezident Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində baş verən hadisələrə, daha sonra Azərbaycanın Xankəndinə təbii qaz verilişini bərpa etdiyinə də diqqət çəkib.

Sitat: “Biz indi qazı bərpa etmişik və ermənilər bunu qiymətləndirməlidirlər. Biz sadəcə olaraq xoş niyyət göstərmişik. İstəməsəydik bərpa etməzdik. Kim bizə nə söyləyə bilər? Bərpa etdik, ümid edirik ki, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdır və yaşayacaqlar”. Bu isə o deməkdir ki, Xankəndidə Azərbaycan bayrağı dalğalanacaq!

Prezidentin müşavirədəki çıxışı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə dair praqmatik təkliflər üzərində qurulmuşdur. Belə ki, ATƏT kimi təşkilatların bu məsələdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi barədə çağırışlardan ibarət idi.

Bundan sonrakı proseslərin müsbət məcrada inkişafı bu amillər üzərində inkişaf etməlidir, əks təqdirdə Azərbaycan yenidən başqa təzyiq vasitələrini işə salacaq.

ATƏT-in Minsk qrupunun de-fakto olaraq etibarsızlığı və yararsız olması onun hüquqi əsasını da sual altına qoyur. Azərbaycanın mövqeyi belədir ki, ya həmsədrlər təklif etdiyimiz prinsipləri qəbul etməli, ya da özlərini bu formatda prosesdən kənarda tutmalıdırlar.

Biz cənab İlham Əliyevin istər əvvəlki çıxışlarında, istərsə də müşavirələrdəki çıxışda bir daha əmin olduq ki, Azərbaycan Ermənistanın yenidən qeyri-konstruktiv mərhələyə keçəcəyi risklərini hesablayır və fəaliyyətini bu istiqamətdə qurur.

Qeyd edək ki, İlham Əliyevin bütün fəaliyyəti boyu məşğul olduğu məsələlərdən biri də şəhid ailələri və müharibə əlilləri üçün tikilən evlərin və mənzillərin sayının artırılması olub. Müşavirədə vurğulandı ki, bu həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Ölkə başçısı bildirdi ki, şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələlərinin tezliklə öz həllini tapması qarşıya məqsəd qoyulmuşdur və qısa müdət ərzində önəmli addımlar atılmışdır. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bu istiqamətdə bundan sonra da addımlar atılacaq.

Ramin Abbasov, Qabaqcıl təhsil işçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər