Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla əfv olunan 92 məhkumun siyahısı açıqlanıb. Siyahıda sumqayıtlı gənc Cabbar Savalanlının adı da var.
Xatırladaq ki, Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib. Bu il mayın 4-də narkotik saxlamaqda ittiham olunan Cabbar Savalanlı Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilmişdi.
Cabbar Savalanlının vəkili Anar Qasımov “sumqayitxeber.com” saytına açıqlamasında bildirmişdir ki, bu hadisə hər birimizi sevindirir: “Hər bir halda, hansı formada azad olunmasından asılı olmayaraq, bu hadisə çox sevindirici haldır. Biz çalışacağıq ki, Cabbarın bəraət alması üçün bundan sonra da fəaliyyətimizi davam etdirək. “