Yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisədə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev zavodu işə saldı.
Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.