Prezident Muxtar Babayevə “Tərəqqi” medalı verdi

987

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalayıb.

Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə təltif olunan şəxslər arasında  ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev də var.

Qeyd edə ki,  Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984 – cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.

1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis,2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.

2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.

7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

“Sumqayitxeber.com” saytının kollektivi adından Muxtar Babayevi “Tərəqqi” medalına layiq görülməsi və eləcə də “Neftçilər Günü” münasibəti ilə təbrik edir işlərində uğurlar arzulayırıq.

“Sumqayitxeber.com”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Gunay
    Sentyabr 20, 2012 - 12:22

    Muxtar muəllimi təbrik edirik! İslerinizde uqurlar sheherimiz ucun daha da boyuk isler gormeyinizi arzulayiriq.

  • Samir Meherremov
    Sentyabr 20, 2012 - 12:24

    Sizin saytinizdan Azerikimyanin fealiyyetini izleyirik. Muxtar muellim rehber teyin olunduqdan sonra bir cox isler gorulub. Xususile de genclerin isle temin olunmasi ile baqli gorulen isleri qeyd etmek isterdim.
    Neftciler gunu munasibeti ile de kimyacilari tebrik edirem!

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər