Prezident İlham Əliyev Vaqif Məmişovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycanla Rusiya arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Vaqif İmamqulu oğlu Məmişov “Dostluq” ordeni ilə təltif edilib.
Qeyd edək ki, V. Məmişov “Konrad” Şirkətlər Qrupunun prezidenti, Rusiyanın Şimal-Qərb Federal Dairəsi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədridir. Bu il onun 60 illik yubileyidir.