Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamla birinci instansiya məhkəmələrinin hakimləri və
Bu sırada Sumqayıtda fəaliyyət göstərən məhkəmələr də var.
Belə ki, İmran Ramazan oğlu Burcayev Bakı Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Sumqayıt İnzibati Məhkəməsinin hakimi və sədri, Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin sədri və Rəşad Rafiq oğlu Mustafayev isə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.
xeberle.com