Prezident Sumqayıta yenə 5 milyon manat ayırdı

626

Azərbaycan prezidenti İlham Əliyev 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq   1 saylı Sumqayıt Şəhər Xəstəxanasının yenidən qurulması ilə bağlı əsaslı təmir işlərinə başlanılması, tibbi avadanlıq və inventarla təchiz olunması üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayırmışdır.

Xatırladırıq ki bu sərəncam aprel ayı ərzində Sumqayıt şəhərinə dair imzalanmış ikinci belə sərəncamdır.  Bundan öncə aprel ayının 11-də Sumqayıt şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək məqsədi ilə Prezidentin ehtiyat fondundan daha 5 milyon manat ayrılmışdı.

Saleh Həsənbəyli

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər