Prezident Sumqayıtda “Gilan” Tekstil Parkının açılışında iştirak edib

3530

Prezident Sumqayıtda “Gilan” Tekstil Parkının açılışında iştirak edib

Mayın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda “Gilan” Tekstil Parkının açılışında iştirak edib.

Müəssisə ilə tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, 20 hektar ərazidə tikilən “Gilan” Tekstil Parka parça toxuma, boyama və tikiş fabriklərindən ibarət yüngül sənaye müəssisələri daxildir. Ümumi dəyəri 46 milyon manat olan Gilan Tekstil Parkının ərazisində üç fabrikin tikintisinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumilikdə 15 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdır. Parkın tikintisinə 2011-ci ildə başlanılıb.
Qeyd edilib ki, ümumi sahəsi 7 min kvadratmetr olan parça toxuma fabriki üç əsas istehsal və köməkçi sexlərdən ibarətdir.
Prezident İlham Əliyev fabriki işə saldı və istehsal prosesi ilə tanış olub.
Bildirildi ki, fabrik pambığı xammaldan hazır məhsula çevirmək üçün müasir tələblərə tam cavab verir. Avropa istehsalı olan dəzgahlarla təchiz olunan fabrik geniş çeşiddə və yüksək keyfiyyətli parça istehsalına imkan verəcək.

Fabrikdə 100 faiz pambıqdan və həmçinin pambıq – polyester qarışığından ibarət məhsullar istehsal edilir. Müəssisədə nəmliyin qorunub saxlaması xüsusi havalandırma sistemi ilə həyat keçirilir.
Vurğulandı ki, toxuma prosesində ipliyin möhkəmliyini artırmaq üçün ona nişasta vurulur. İstehsal olunan parçaların tələbata və təyinatına uyğun olaraq boyanması məqsədi ilə kompleksin tərkibində ayrıca fabrik inşa edilmişdir.
Azərbaycan Prezidenti boyama fabriki ilə tanış olub.
Prezident İlham Əliyev müəssisənin işçiləri ilə görüşüb.
Daha sonra müəssisə ilə tanışlığı davam etdirən dövlətimizin başçısına məlumat verilib ki, parça toxuma, boyama və tikiş fabriklərinin kompleks formada yaradılması və ən müasir texnologiyaların tətbiq edilməsi yüksək keyfiyyətli trikotaj məhsullarının istehsalına, eyni zamanda, parça və trikotaj məhsullarının maya dəyərinin aşağı salınmasına şərait yaradır. Dövlət başçısı “Gilan” Tekstil Parkının sərgi zalında müəssisədə istehsal olunan məhsulların nümunələrinə baxıb.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər