Prezident Sumqayıtda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binasının açılış mərasimdə – FOTOLARLA

762

Bu gün Sumqayıt şəhərində, eləcə də paytaxtın Sabunçu rayonunun Zabrat, Suraxanı rayonunun Hövsan qəsəbələrində, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yaşayış binaları istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtdakı binanın açılış mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış oldular.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, əlillər və şəhid ailələri üçün inşa olunmuş 12 mərtəbəli 96 mənzilli yeni yaşayış binasında sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Mənzillərin tərtibatında müasir dizayn elementlərindən istifadə olunmuş və onlar mebel dəstləri ilə təmin edilmişdir.

Dövlətimizin başçısı yeni binanın sakinləri ilə görüşdü.

Nazir Füzulu Ələkbərov Prezident İlham Əliyevə məlumat verdi ki, Gəncə və Şəki şəhərlərində, Zabrat və Hövsan qəsəbələrində, eləcə də Şəmkir rayonunda yeni binaların sakinləri telekörpü vasitəsilə Sumqayıtda keçirilən bugünkü mərasimi izləmək və dövlətimizin başçısına müraciət etmək imkanına malikdirlər.

Azərbaycan Prezidenti mərasimdə çıxış etdi.

Sonra dövlətimizin başçısı yeni mənzillərin orderlərini və Naxçıvan avtomobil zavodunun istehsalı olan “Naz Lifan” markalı avtomobillərin açarlarını sahiblərinə təqdim etdi.

Qarabağ müharibəsi əlili Azər Quliyev onlara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.

Telekörpü vasitəsilə Şəki şəhərindən mərasimə bağlanan Qarabağ müharibəsi əlili Sərvər Məmmədov da Azərbaycan hərbçilərinin əməyinə verdiyi dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Gəncə şəhərindən telekörpü vasitəsilə mərasimə qatılan şəhid anası Minayə Piriyeva ordunun və gənclərimizdə vətənpərvərlik ruhunun gücləndirilməsində göstərdiyi xidmətlərinə görə Azərbaycan Prezidentinə təşəkkür etdi.

Çıxış edənlər Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdilər və dövlətimizin başçısının məhz belə bir gündə onlarla birlikdə olmasından sevinc duyduqlarını söylədilər.

Onlar Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya da ən xoş arzularını çatdırdılar. /president.az/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər