Prezident Sumqayıtdan nə danışdı?

739

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Prezidentin Sumqayıtla bağlı toxunduğu məsələləri diqqətinizə çatdırırıq:

“Enerji təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzimizdədir. Bununla bərabər, Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması istiqamətində əlavə tədbirlər görülməlidir.

Bir neçə ay bundan əvvəl mən Sumqayıtda günəş panelləri istehsal edən zavodun açılışında iştirak etmişəm. Hesab edirəm ki, çox gözəl təşəbbüsdür. Bu zavodun fəaliyyəti genişləndirilməlidir. Eyni zamanda, dövlət qurumları artıq müvafiq qaydada bu zavodun imkanlarından istifadə etməli, o məhsulları almalı və günəş panelləri əsasında yeni stansiyaların tikintisinə nail olmalıdırlar. Biz gələn il artıq bu istiqamətdə daha da konkret və ciddi addımlar atmalıyıq.”

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər