Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Təltif olunanlar arasında “Azərikimya” İstehsalat Birliyinin dörd əməkdaşı da var.
Birliyin İstehsal proseslərinin avtomatlaşdırılması, mexanika və energetika şöbəsinin rəis müavini İsgəndərov Rövşən Mirzəhüseyn oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə, Loqistika və nəqliyyatın təşkili şöbəsinin böyük mühəndisi Şəfiyev Rafik Şəfi oğlu, “Etilen-Polietilen” zavodunun Avadanlıqların təmiri və emal üzrə istehsalatın rəis müavini Əliyev Arif Əliağa oğlu və “Etilen-Polietilen” zavodunun Xüsusi konstruktor bürosunun rəisi Abbasov Qadir Seyidəhməd oğlu “Tərəqqi” medalı ilə mükafatlandırılblar.