Azərbaycan Prezidenti İlham Əliyev Xarici işlər nazirinin müavini ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Mahmud Məmməd-Quliyev sabah 70 illik yubileyini qeyd edəcək.