Azərbaycan Prezidenti İlham Əliyev Vaqif Fərzəliyevlə bağlı sərəncam verib.
Dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Vaqif Məcid oğlu Fərzəliyev “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, kimya üzrə elmlər doktoru olan V. Fərzəliyev AMEA-nın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktorudur. Sabah onun 80 yaşı tamam olacaq.