Prezidentə məktub: “Ən ağır məqamda belə, respublikamızın bütün fəaliyyət sahələri Sizin diqqət mərkəzinizdə olmuşdur”

1517

Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar artist Mübariz Həmidovun ölkə başçısına ünvanladığı təşəkkür məktubunda deyilir:
“Möhtərəm cənab Prezident!

Biz incəsənət xadimləri hər zaman Sizin rəhbərliyiniz altında ölkəmizin daha da inkişaf etdirilməsi naminə gerçəkləşən layihələrlə qürur duymuşuq. Ən ağır məqamda belə, respublikamızın bütün fəaliyyət sahələri Sizin diqqət mərkəzinizdə olmuşdur.
Son vaxtlar dünyanı cənginə almış koronovirus pandemiyası virusunun yayıldığı dönəm bir daha Sizin dövlət başçısı kimi nə qədər qayğıkeş və həssas olduğunuzu göstərdi. Qabaqlayıcı tədbirlər görməklə, operativ reaksiyanız, virusun yayılmasının qarşısının alınmasına hədəflənmiş qərarlarınız, çevik mexanizmə malik operativ qərargahın formalaşması, ən başlıcası, Sizin xalqın yanında olmağınız sayəsində Azərbaycan dünya dövlətləri ilə müqayisədə bu bəladan az itgi ilə çıxmaq üzrədir. Yoluxma və ölüm faizlərinin göstəricisi başqa ölkələrə nisbətdə az oldu.
Karantin dövründə iqtisadiyyatımıza dəyən ziyanla belə, Siz yenə xalqı düşündünüz. Həm sahibkarlara kömək, həm də ehtiyaclı insanlara müavinətlərin ayrılması ilə Azərbaycanın sosial dövlət olduğunu bir daha təsdiqlədiniz.

Cənab Prezident!

Biz Sizinlə qürur duyuruq. Sizin “Biz birlikdə güclüyük” deyiminiz ümumxalq devizinə çevrilərək böyük bəlanı dəf etməkdə hər birimizdə ruh yüksəkliyi yaratdı.

Cənab Ali Baş Komandan! Biz Sizinlə güclüyük!

Bir daha rəhbərlik etdiyim Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından bu çətin günlərdə gördüyünüz işlər üçün minnətdarlığımızı bildirir, Sizə dövlətçilik fəaliyyətinizdə uğurlar və tezliklə xalqımızla birlikdə qələbə sevincini yaşamağı arzu edirik.Hörmətlə, Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından, teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər