Prezidenti İlham Əliyev peşə təhsili pilləsinə xüsusi həssaslıqla yanaşır

1017

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir.
Azərbaycan Respublikası prezidenti İlham Əliyevin yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu isə ölkəmizdə milli kadr potensialının yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində ön sıralarda yer alaraq, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. Konsepsiyanın tərkib hissəsində təhsilin bütün pillələri əks olunur.
Məhz ümummilli lider Heydər Əlirza oğlu Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təhsilin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanmış və uğurla həyata keçirilmişdir.
Heydər Əliyevin zəngin irsinin layiqli davamçısı prezident İlham Əliyev öz növbəsində təhsilə xüsusi incəliklə yanaşır.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə peşə təhsili pilləsinin inkişafı əsas prioritetə çevrilib və insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Ölkə başçısının fərman və sərəncamları ilə 2016-cı ildə Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təsdiq edilməsi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, 2018-ci ildə Peşə Təhsili haqqında Qanunun təsis edilməsi, elə həmin ildə Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması dövlətin Peşə Təhsili və Təliminə diqqət və qayğısının bariz nümunəsidir.
Peşə Təhsili Müəssisələrinə (PTM) qəbul prosesinində obyektivlik və şəffaflığın təmin edilməsi məqsədi ilə 2016/2017-ci tədris ilindən Təhsil Nazirliyi və Asan Xidmətin birgə təşkilatçılığı ilə “ASAN PEŞƏ” layihəsinə start verildi. Bununla da peşə təhsili pilləsi üzrə qəbul prosesində yeni mərhələ başladı. Qəbulun PTMlərdə həyata keçirilməsinə son qoyuldu. 2020/2021-ci tədris ilindən başlayaraq vətəndaşlara Elektron Portal üzərindən sərbəst, ödənişsiz qeydiyyatdan keçərək, PTMlərə qəbul olmaq şansı verildi.
PTDA yaranması ilə İşəgötürən Təşkilatlarla Əməkdaşlıq istiqamətində geniş imkanlar yarandı. Təhsil Proqramları ( Kurikulum ) PTMlərdəki kadrlarla işəgötürən təşkilatların mütəxəssislərinin birgə rəyi ilə yazılmağa başladı. Bununla da səriştəli, rəqabətqabiliyyətli kadr seçimi ilə əlaqədar sənaye müəssisələrinin PTMlərə sifarişləri geniş vüsət aldı. PTMlər və sənaye müəssisələri arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memorandumlar, Protokollar və Müqavilələrin sayı gözəçarpacaq dərəcədə artmağa başladı.
Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə tabe olan PTMlər beynəlxalq əməkdaşlıqlar mərhələsinə başladı. Ölkə PTMləri kadr hazırlığı ilə əlaqədar Türkiyə, İngiltərə, Almaniya, Cənubi Koreya, Sinqapur və s. ölkə PTMləri ilə əməkdaşlıq protokolları imzalayır və onların təcrübələrindən yararlanır.
Ölkə PTMlərinin Beynəlxalq Müsabiqələrində iştirakı təmin olunur.
Ölkə başçısı peşə təhsili pilləsinə xüsusi həssaslıqla yanaşır və bu barədə çıxışında deyir: “Mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafının sürəti çox yüksəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə bu sahə üzrə peşə məktəbləri olmalıdır. Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır.”
Yeni layihə – Peşə Təmayüllü Siniflər təsis edilib. Ümumtəhsil məktəblərində – 2019-2020-ci tədris ilində 14 şəhər və rayonda ümumilikdə 20 məktəbdə 420 şagirdlə Peşə Təmayüllü Siniflər fəaliyyətə başlayıb.
Beynəlxalq standartlara cavab verən PTMlər tikilib, təmirə ehtiyacı olan binaların əksəriyyəti əsaslı təmir olunub. Koreya təhsil standartları əsasında təsis edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2020-2021-ci tədris ilindən etibarən yüksək texniki peşə – subbakalavr səviyyəsinin tədrisinə başlanılıb və 2021/2022-ci tədris ilindən bu səviyyə digər PTMlərdə tədris edilir.
İnanırıq ki, Azərbaycan Respublikası Prezidentinin PTTnə diqqətinin nəticəsi olaraq bu pillə üzrə təhsil alan TƏLƏBƏ ixtisasına dərindən yiyələnmiş səriştəli, fəal, rəqabətqabiliyyətli PEŞƏKAR KADR kimi yetişərək ailəsinə, ölkəsinə, dünyaya töhvə verəcək!
Gülşən Ömərova

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər