Prezidentin Ağalı sakinləri ilə maraqlı dialoqu: “Sumqayıt da gözəl şəhərdir, böyük şəhərdir”

2133

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər. sumqayitxeber.com görüşdən dialoqun bir hissəsini təqdime dir:

Prezident İlham Əliyev: Gedək, göstərin məktəbinizi, baxaq uşaqlar burada necə oxuyurlar? Sinif otaqlarına baxaq. Sən neçənci sinifdə oxuyursan?

1-ci şagird: Altıncı sinifdə.

Prezident İlham Əliyev: Bundan əvvəl harada oxuyurdun?

Şagird: Sumqayıtda 30 nömrəli tam orta məktəbdə.

Prezident İlham Əliyev: Sumqayıtda. Bəs sən?

2-ci şagird: Mən də Sumqayıtda.

Prezident İlham Əliyev: Sən də Sumqayıtda. Bəs sən?

3-cü şagird: Mən də Sumqayıtda 15 nömrəli tam orta məktəbdə.

Prezident İlham Əliyev: Sumqayıtda.

4-cü şagird: Mən Mərdəkanda 181 nömrəli tam orta məktəbdə.

Prezident İlham Əliyev: İndi necə? Ağalı kəndi xoşunuza gəlir?

Məktəblilər: Bəli.

Prezident İlham Əliyev: Çox gözəl. Uşaqlar həvəslə oxuyurlar?

Qadın müəllim: Əlbəttə, çox böyük həvəslə. Ümumiyyətlə, məktəbə gəldikləri vaxt buranı gördükdə inanın ki, o qədər çox gözəl hisslər yarandı. Sevinirdilər ki, çox gözəl məktəbdə təhsil alacaqlar.

Prezident İlham Əliyev: Uşaqlar gəliblər öz dədə-baba torpağına. İndi görürsünüz, necə də gözəldir sizin doğma torpağınız, Vətəniniz, Ağalı kəndi.

Mehriban xanım Əliyeva: Soruşuram, Sumqayıtdan daha gözəldir, deyir, bəli.

Prezident İlham Əliyev: Sumqayıt da gözəl şəhərdir, böyük şəhərdir. Amma buranın, əlbəttə ki, xüsusi gözəlliyi var, təbiət, hava, iqlim.

Şagird: Bura Sumqayıtdan daha yaxşıdır. Buranın havası daha qəşəngdir.

Prezident İlham Əliyev: Bax, sizi biz qaytarmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayacaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər.

Şagirdlər: İnşallah.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər