Prezident İlham Əliyev Parisdə “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə görüşüb.
“Report” xəbər verir ki, görüşdə “SUEZ” şirkətinin Bakı və Sumqayıt şəhərlərində içməli suyun təmizlənməsi üzrə bir neçə layihədə iştirakından danışıldı. Azərbaycanın əhalisinin artdığını qeyd edən Prezident İlham Əliyev bu layihələrin vacibliyinə toxundu, onların strateji əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı bu sahədə mövcud təkliflər nəzərdən keçirildi, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.