Ermənistan prezidentliyinə namizəd Sumqayıt hadisələrinin təşəbbüskarlarının azərbaycanlılar olmadığını etiraf edib.
“Məruz qaldığım terror aktı məni milli özünüdərk yolundan çəkindirmək məqsədi güdürdü…”-Ermənistanda prezident seçkilərinə namizəd, Milli Özünüdərk Birliyinin lideri Paruyr Ayrikyan Yerevanda keçirdiyi mətbuat konfransında belə deyib. Ona qarşı sui-qəsdin “ keçmiş KQB, hazırki Rusiya Xüsusi Xidmət Orqanı tərəfindən təşkil edildiyini” deyən Ayrikyan, Sumqayıt hadisələrinin günahkarlarının azərbaycanlılar olmadığını təsdiq edib.
“Mənə qarşı terror aktını hazırlayanlar İran-Ermənistan qaz kəmərinin tamamlanmasına mane olmaq üçün əlindən gələni edən qüvvələrdir. Həmin o qüvvələr ki, Sumqayıt hadisələrini təşkil etmişdilər… Bu hadisələrin kökündə dayanan heç də azərbaycanlıların ermənilərə qarşı etnik nifrəti deyil!”
azvision.az