Prokuror Sumqayıt şəhərinin sabiq hərbi komissarına cəza istəyib

784

Bakı Hərbi Məhkəməsində Sumqayıt şəhərinin sabiq hərbi komissarı Samir Məmmədov, hərbi komissarlığın II bölmə rəisi Fəxrəddin Əliyev, komissarlığın hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov, IV bölmə rəisinin köməkçisi Azər Xaliqovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Samir Məmmədovun 12 il, Mirnazir Muxtarovun və Azər Xaliqovun hər birinin 9 il 6 ay, Fəxrəddin Əliyevin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 9-da davam etdiriləcək. Həmin gün təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 341 (hakimiyyətdən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirli bilinirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər