Putin dondurmanı niyə hər dəfə eyni satıcıdan alır?

1384

Rusiya prezidenti Vladimir Putin avqustun 27-də Moskva ətrafındakı MAKS aviasalonunda olarkən dondurma alıb. Lakin Rusiya mediasının diqqətini belə bir məqam çəkib ki, o iki il əvvəl keçirilən aviasiya şousu MAKS-2017 zamanı da dondurmanı elə bu qadından almışdı. Bu detal  ilk dəfə “Mediazona” saytının diqqətini cəlb edib.

MAKS aviasiya-kosmik şousu Moskva yaxınlığında hər iki ildən bir keçirilir. 2017-ci ildə burada keçirilən foruma Putin də baş çəkmiş, nazirlərin, köməkçilərinin, mühafizəsinin və jurnalistlərin arasında olarkən dondurma almışdı.

Budəfəki aviasiya şousunda Putinin yol yoldaşı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan idi.

2017-ci ildə “Komsomolskaya pravda” qəzetinin saytında dərc olunmuş videodan və avqustun 27-də TVS kanalının göstərdiyi süjetdən görünür ki, dondurma piştaxtasının arxasındakı qadın eynidir.

O dəfə olduğu kimi, bu dəfə də dondurma satan qadın yerli məhsulların böyük çeşidini tərifləyir. Bundan əvvəl də Rusiya mediası diqqət vermişdi ki, Rusiya prezidentinin baş çəkdiyi müxtəlif tədbirlərdə kadrlarda eyni adamlar görünür. Hərçənd onlar hər dəfə başqa rol oynayırlar.

Beləki 2017-ci ilin yanvarında Putin Novqorod monastrına baş çəkəndə onun yanında dayanmış dindarları bir neçə ay əvvəl çəkilmiş fotolarda da görmüşdülər.

Bu fotolar Putin İlmen gölündə balıq tutanda çəkilmişdi. Onun yanında duran başqa balıqçılar və monastrdakı dindarlar eyni adamlar idi.

Blogerlər yazırdılar ki, hər iki halda prezidenti xüsusi adamlar əhatə edib. Bu da qeyd olunurdu ki, bu “personajlar” böyük bir ehtimalla federal təhlükəsizlik xidmətlərinin agentləridir. Onların məxsusi olaraq seçilmiş “aktyorlar” olduğunu yazanlar da vardı.

Lakin Rusiya hökumətinin nəzarətində olan kütləvi informasiya vasitələri israr edirdilər ki, monastrdakı dindarlar da, Putinin yanındakı balıqçılar da xalisdirlər və burada təəccüblü heç nə yoxdur.

İqtidaryönlü media bildirirdi ki, sadəcə olaraq prezident onunla bir neçə ay əvvəl balıq tutanları monastrdakı Milad tədbirinə dəvət edib. Hərçənd Kreml bu barədə heç bir açıqlama verməmişdi.

MAKS-2019 aviasalonunun rəsmi saytında bildirilirdi ki, aviasiya şousu günlərində Jukovski şəhərinin mərkəzində yalnız xüsusi buraxılışı olan avtomobillər görünə bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər