usiyada prezident seçkilərində Vladimir Putinin qələbəsindən dərhal sonra Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi hərəkata başlayacaq və Moskva bunu dəstəkləyəcək.
Publika.az xəbər verir ki, Azərbaycanda aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsi Ermənistanda ciddi narahatlığa səbəb olub.
Erməni siyasi şərhçi Qraçya Qalustyan hesab edir ki, Azərbaycanda prezident seçkilərinin vaxtının aprelin 11-nə dəyişdirilməsi heç də iddia edildiyi kimi iqtisadi məsələlərdən irəli gəlmir: “Erməni analitiklər bu dəyişikliyi iqtisadi məsələlərə bağlamaqla ən yaxşı halda tələsdilər, yaxud da etiraf etməliyik ki, biz rəqib Azərbaycanı görmək istədiyimiz kimi təsvir etməyi xoşlayırıq. Halbuki, vəziyyət bizim analitiklərin dediklərinin tam əksinədir”.
Q.Qalustyan qeyd edir ki, Azərbaycanda qlobal iqtisadi problem yoxdur: “Əksinə iqtisadi artımın olduqca ciddi perspektivəri var. Ermənistanın uzun müddətdir özünə müttəfiq hesab etdiyi ölkələr bu gün Azərbaycanla səmimi münasibətlər qururlar və bu münasibətlərdə biznes əsas paya sahibdir. Tehran, Bakı və Moskva bölgədə yeni böyük nəqliyyat layihəsinin – Şimal-Cənub beynəlxalq dəmiryolu layihəsinin əsasını qoyur. Martda Azərbaycan və İran prezidentlərinin görüşü olacaq, onlar Azərbaycan Astarası ilə İran Astarası arasındakı körpünü istismara verəcək, həmçinin, Astara-Rəşt dəmiryolunun təmələini atacaqlar. İran tərəfi bildirir ki, bu layihə Fars körfəzi ilə Qara dənizi birləşdirən böyük əhəmiyyətli layihədir. Bu nəqliyyat dəhlizi vasitəsilə yüklər Gürcüstan, Ukrayna və Polşaya qədər daşınacaq. Ermənistan yenə böyük gəlirlərdən təcrid olacaq, Azərbaycan isə təkcə maliyyə yox, həm də siyasi dividendlər əldə edəcək”.
Erməni şərhçi Azərbaycanın İrana yarım milyard dollar kredit ayırdığına diqqət çəkib.
“Belə şəraitdə Azərbaycanda iqtisadi problemlər haqqında iddia qaldırmaq sadəcə sadəlövhlüyün ən yüksək həddidir. O iddialar da mənasızdır ki, rəsmi Bakıya siyasi təzyiqlər var. Əksinə, Avropada tez-tez bu ölkənin əhəmiyyəti haqqında ucadan danışırlar. Həmçinin, Davosda İlham Əliyevin görüşlərinin səviyyəsini xatırlatmaq Azərbaycanın əhəmiyyətini dərk etməyə bəs edir. Bütün bunların fonunda İlham Əliyev Vladimir Putinlə son dərəcə isti münasibətlərə malikdir. Rusiya və Azəraycanın neft-qaz bazarında rəqib olması burada paradoks yarada bilər. Lakin vəziyyət başqa cür yox, məhz belədir. Şübhə edənlərə onu xatırladım ki, Rusiya telekanallarında heç vaxt Azərbaycanı tənqid etmirlər, halbuki, orada Ermənistanı ən pis sözlərlə təhqir edirlər. Duqinin, Solovyovun, Proxanovun Bakıya səfərlərini də xatırlaya bilərik. Onlar daim ərazilərin Azərbaycana qaytarılması ideyasını müdafiə edirlər. Bütün bunlarla müqayisədə Kreml Sarkisyana narazılığını gizlətmir. 9 apreldə Sarkisyanın prezidentlik müddəti başa çatır və Azərbaycanda seçkilər payıızda keçirilsəydi, bu, Dağlıq Qarabağ danışıqlarında pauza yaranması ilə nəticələnərdi. Göründüyü kimi, Azərbaycan heç bir pauzanın yaranmasına imkan vermək niyyətində deyil. Seçkinin vaxtının dəyişdirilməsi də məhz buna hesablanıb”, – deyə erməni analitik vurğulayır.
Q.Qalustyan iddia edir ki, Rusiyadakı seçkidən dərhal sonra Bakı Qarabağın azad olunması prosesinə başlayacaq: “Martın 18-də Rusiyada prezident seçkiləri keçiriləcək və Putinin qələbəsindən dərhal sonra Azərbaycan Qarabağın azad edilməsi prosesinə strat verəcək. Rusiya bu prosesə dəstək verəcək, erməni ordusu heç nə edə bilməyəcək. Bu, təkcə Serj Sarkisyanın yox, bütün “Qarabağ klanı”nın siyasi səhnədən gedişi ilə nəticələnəcək. İlham Əliyev isə qalib olaraq tarixə keçəcək”.