QADIN HÜQUQLARI İLƏ BAĞLI TELEDEBATLAR TƏŞKİL EDİLƏCƏK

952

Qadınların maraqlarına xidmət edən internet səhifəsi də istifadəyə verilib.

«Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» ictimai birliyinin rəhbərliyilə re­gi­on­larda qa­dın hü­quq­la­rı­nın güc­lən­diril­mə­si və onların hü­qu­qi bi­lik­lə­ri­nin ar­tı­rıl­ma­sı məqsədilə layihə həyata keçirilir. Avstraliya Hökumətinin maliyyə dəstəyilə həyata keçirilən layihə çərçivəsində Gəncə, Lənkəran, Quba şəhərlərinin yerli te­le­ka­nal­larında te­le­debatlar təş­kil olu­na­caq. Bu istiqamətdə artıq işlər yekunlaşıb və teledebatlarda qadınların üzləşdikləri hüquqi problemlər auditoriya vasitəsilə geniş müzakirə olunacaq, ekspet rəyləri dinləniləcək. Teledebatlarda mövcud problemlə bağlı mütəxəssislər də iştirak edəcək ki, efir vasitəsilə qadınlara hüquqi biliklər və məsləhətlər əldə etmək üçün şərait yaradılacaq. Bu barədə məlumat verən layihənin rəhbəri Elçin Məmmədin sözlərinə görə layihə nəticəsində qadınlar üzləşdikləri problemin daha tez həllinə nail olmaq və ya qəti qərarlar qəbul etmək üçün hüquqi yardım və rəsmi orqanlar ilə birbaşa təmas qurmaq şansına sahib olacaqlar. “Re­gi­on­lar­da­kı te­le­vi­zi­ya­lar­da qa­dın prob­lem­lə­ri və qa­dın hü­quq­la­rı­na da­ir ve­ri­liş­lə­rin art­ması yerli televiziyaların fəaliyyətində gen­der bə­ra­bər­li­yi­ni tə­min et­mək­lə ya­na­şı, bu sa­hə­də bir mil­yo­na ya­xın və­tən­da­şın maa­rif­lən­mə­si­nə şə­ra­it ya­ra­da­caq”. Layihə rəhbəri onu da bildirdi ki, qadınların maraqlarına xidmət edən bütün informasiyaları özündə cəmləşdirən internet səhifəsi istifadəyə verilib (www.allforwoman.com) və hüquqları pozulmuş qadınlara pulsuz hüquqi yardımlar da göstərilir. “Nəzərdə tutulan fəaliyyətlərin icrası nə­ti­cə­sin­də re­gi­on­da qa­dın­la­ra qə­dim­dən qal­ma adət­lə­rə əsas­la­nan mü­na­si­bət qa­nun­ve­ri­ci­lik və hü­qu­qi tən­zim­lə­mə ilə əvəz olu­na­caq. Qa­dın­lar tə­bli­ğat iş­lə­ri nə­ticə­sin­də bey­nə­l­xalq və mil­li qa­nu­nun­ve­ri­ci­li­yin on­la­ra ver­di­yi hü­quq­la­rı mə­nim­sə­yə­cək, ai­lə, mü­li­kiy­yət, əmək, seç­ki, təh­sil ki­mi va­cib sa­hə­lər­də öz hü­quq­la­rı­nı mü­da­fiə et­mək üçün mü­hüm bi­liklər əl­də edə­cək­lər. Həmçinin, qa­dın­lar yer­li adət­lə­rin tə­si­rin­dən uzaq­la­şıb və­tən­daş cə­miy­yə­ti ins­ti­tut­la­rı ilə iş­lə­lə­mə­yə alı­şa­caq­lar”.

Onu da qeyd edək ki, qeyd edilən layihə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” ictimai birliyi, “Müasir Dünya” İqtisadi Maarifləndirmə ictimai birliyi, “Yüksəliş naminə” qəzeti və Quba QHT-lərə Dəstək Mərkəzindən ibarət koalisiya şəklində həyata keçirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər