Qadın sahibkarlara verilən güzəştli kreditlər artırılır?

640

Ailə, Qadın və Uşaq Komitəsi Azərbaycanda qadın sahibkarlara dövlət xətti ilə daha çox güzəştli kreditlərin verilməsi təşəbbüsü ilə çıxış edib.

Bu barədə komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

Onun sözlərinə görə, ölkədə qadın sahibkarlara verilən güzəştli kreditlərin həcmi o qədər də böyük deyil. Komitənin hesablamalarına görə, sahibkarlıqla məşğul olan qadınlar son 3 il ərzində ümumilikdə 10 mln. manat həcmində güzəştli kredit alıblar.

Komitə rəsmisi qeyd edib ki, qurum ölkədə verilən güzəştli kreditlərin 30%-nin sahibkar qadınlara ayrılmasını təklif edib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər