Qadınlara qarşı ailədaxili zorakılıqların aradan qaldırılması üçün maarifləndirmə işləri görüləcək

859

Безымянный3Potensial Sumqayıt Mütəxəssislər Birliyi may ayından Norveç Krallığının ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Qadınlara qarşı ailədaxili zorakılıqların aradan qaldırılması məqsədi ilə Sumqayıtda və Quba-Xaçmaz bölgəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsinin icrasına başlamışdır. İyunun 5-də Birliyin ofisində həmin layihənin təqdimatı keçirilmişdir. Təqdimat tədbirində Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin prezidenti Ə.Mustafayev, Sumqayıt gənclərinin hüquqi maarifləndirilməsi İb-nin prezidenti E.Məmməd, İctimai maraqlar naminə vətəndaş təşəbbüsü İB-nin prezidenti A.Qasımov, Sağlam düşüncə Gənclər Təşkilatının sədri R.Əliyev, Zirvə İB-nin sədri G.Ağayeva, Uşaqların gələcəyi naminə İB-nin sədri K.Cabbarova, Sumqayıtın əks-sədası qəzetinin baş redaktoru E.Məmmədov və başqa yerli QHT əməkdaşları iştirak edirdilər.

Birliyin sədri S.Fərzəliyev tədbiri açaraq qeyd etdi ki, layihənin əsas məqsədi Ailə qanunvericiliyi və qadın hüquqlarının daha səmərəli qorunmasına xidmət edən qanunvericilik aktları barədə hüquqi maarifləndirmə tədbirlləri həyata keçirməklə qadınların hüquqi bilgilərinin və məlumatlığının artmasına nail olmaq və beləliklə də, qadınlara qarşı zorakılıq və ayrı seçkilik hallarının, xüsusiilə də ailədaxili zorakılıq hallarının aradan qaldırılmasına nail olmaqdır.

Bu məqsədə nail olmaq üçün təhsil və səhiyyə müəssisələrində qeyd edilən mövzularda təlimlər təşkil etmək Ailə qanunvericiliyinin əsas mahiyyəti və prinsipləri, xüsusilə nikah müqaviləsinin mahiyyəti və əhəmiyyəti barədə bukletlər hazırlayıb yaymaq, eləcə də, zorakılığa məruz qalmış qadınlara pulsuz hüquqi yardım göstərmək əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Tədbirdə iştirak edən yerli QHT və media əməkdaşları da Birliyə yeni layihənin icrasında uğurlar arzuladılar və layhənin icrasında təşkilatla əməkdaşlıq edəcəklərini qeyd etdilər.

Sonda Birliyin sədri S.Fərzəliyev iştirakçılara xoş arzularına və dəyərli təkliflərinə görə minnətdarlığını bildirdi.

Qeyd edək ki, Potensial Sumqayıt Mütəxəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qeyri hökumət təkilatı kimi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 1999-cu ilin oktyabr ayından Böyük Britaniyanın OXFAM Humanitar Təşkilatının dəstəyi ilə Sumqayıtda pulsuz hüquqi yardım mərkəzi təşkil etməklə fəaliyyətə başlayan təşkilat ötən müddətdə müxtəlif beynəlxalq təşkilatların (ОXFAM Bеynəl­хalq Humanitar Təşkilatının, “Avrasiya” Fоndunun, ABŞ Səfirliyinin Dеmоkratiya Kоmissiyasının,  BMT QAK-ın, Nоrvеç Qaçqınlar Şurasının, ACI-YF Budapeşt ofisinin, “Dünyaya baхış” Bеynəlхalq Humanitar Təşkilatının, Nоrvеç səfir­liyinin, Açıq Cəmiyyət İnstitutunun, Counterpart İnternational təşkilatının, BMT Əhali Fondunun) dəstəyi ilə 24 layihə icra etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər