Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı  Mübarizə İdarəsi əməkdaşları qadınları fahişəliyə cəlb edən şəxsi  saxlayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə,  həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt  şəhər sakini Bahar Haqverdizadə qadınları BƏƏ-nin Dubay Əmirliyinə  apararaq fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.Lent.az

