Qadınları Türkiyədə satan Sumqayıt sakini tutuldu - FOTO

4948

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan qadın həbs edilib.

sumqayitxeber.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Məlahət Bəşirova həbs edilib.

Məlahət Bəşirova 2017-ci ildən İnterpol kanalları ilə beynəlxalq axtarışa verilib.

Məlum olub ki, Məlahət Bəşirova Azərbaycan vətəndaşı olan bir neçə qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.

O, həmin qadınların ümumvətəndaş pasportlarını əlindən alıb və kişi müştərilərlə görüşdürüb. Bu yolla qazanc əldə edib.

Məlahət Bəşirovadan zərərçəkmiş qadınlar Türkiyədən Azərbaycana qayıtdıqdan sonra İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər.

İstintaq orqanı tərəfindən Məlahət Bəşirovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.

Məlahət Bəşirovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən Nərimanov rayon Məhkəməsinə təqdimat göndərilib.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə baş tutan prosesdə müstəntiqin təqdimatı təmin olunub və Məlahət Bəşirovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq hərəkətləri davam edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər