Azərbaycanda 1912-ci ilə qədər avtonəqliyyat vasitələrinin dövlət nömrə nişanı olmayıb.
Avtosfer.az DANX-a istinadən xəbər verir ki, 1912-ci il yanvar ayının 30-da Şəhər Upravası avtomobil sahiblərinə rəsmi məktub göndərərək, şəhər xəzinəsinə qeyd olunan rüsumu ödədikdən sonra müvafiq dövlət nömrə nişanı əldə etmələri ilə bağlı qərarı açıqlayır. Bu faktın ən maraqlı tərəfi o vaxt üçün öz avtonəqliyyat vasitəsinə görə ən iri rüsumu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ödəməsi olur – 120 rubl. Hətta sonralar Qafqazda ilk “BMW”nin sahibi də məhz milyonçumuz H.Z. Tağıyev olur.