Məşhur Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasının müdiri Qara Mustafayev vəfat edib.
AzVision.az xəbər verir ki, Qara Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi (1958) və elmlər doktoru (1985) alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışıb.
1992-ci ildən “Onurğalılar zoologiyası və bioekologiya” kafedrasının müdiri olub. Elmdə və təhsildəki xidmətlərinə görə o 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunub, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və “Şöhrət Ordeni”nə layiq görülüb. Ailəlidir, 3 övladı, 7 nəvəsi var.
Allah Rəhmət eləsin!
***
Qara Mustafayev Sumqayıtda Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri yaxından tanış olmaq üçün Sumqayıt şəhərində olmuşdu. Buradakı yaşıllığı yüksək qiymətləndirmişdi. sumqayitxeber.com həmin səfərdən fotoları təqdim edir: