“Qara”, “Professor”, “Qatil” və “Prezident”

1140

“Qara mücəvhər” və ya “futbol kralı”, “Bosfor buğası”, “Karpat Maradonası”… Yəqin ki, artıq əksər oxucularımız, əsl futbol azarkeşləri söhbətin kimlərdən, hansı futbolçulardan getdiyini anladı. Baxmayaraq ki, biz həmin futbolçuların adını açıqlamadıq. Amma nə də olsa, onlara verilən ləqəblər oyunçular haqqında çox şey deyir. Kiməsə oyun üslubuna, kiməsə simasına, kiməsə xarakterinə görə verilir bu ləqəblər. Elə bu yazıda da futbolçulara verilən ləqəblərdən söz açacağıq. Həm dünya futbol arenasında, həm də Azərbaycanın futbol təsərrüfatında oyunçulara verilən maraqlı ləqəblərə rast gəlmək mümkündür. Maraqlı olacağını nəzərə alıb, futbolçulara verilən qeyri-adi ləqəblərlə sizi də tanış edirik.

 

Başlayaq dünya futbolundan

 

Yuxarıdaa qeyd etdiyimiz “Qara mücəvhər” və ya “futbol kralı”braziliyalı Peleyə “Bosfor buğası” ləqəbi eks futbolçu türkiyəli Hakan Şükürə, “Karpat Maradonası” isə ötənlərin məşhur oyunçusu Georgi Hacıya azarkeşlər tərəfindən verilən adlardır. Bundan başqa, karyerasını bitirən  oyunçulardan italiyalı Roberto Baccioya at quyruğuna bənzəyən saçlarından dolayı  “Altın atın quyruğu”, təyyarəyə minməkdən qorxan hollandiyalı Denis Berkampa “Uça bilməyən hollandiyalı”, Almaniya millisinin sabiq qolkiperi Oliver Kana sərgilədiyi inamlı oyundan dolayı  “Çingiz xan”,  eləcə də onun həmvətəni eks hücumçu Gard Müllerə  “Bombaçı”, argentinalı Sebastyan Verona “Cadugar” deyilməsi  diqqət çəkir.

Karyerasını davam etdirənlər  arasında isə maraqlı ləqəbi olan futbolçulardan  dünyanın ən yaxşı oyunçusu sayılan “Barselona”nın  argentinalı ulduzu Lionel Messiyə “Atomik birə”, braziliyalı Roberto Karlosa “Balaca”, ispaniyalı hücumçu Fernando Torresə “Uşaq” və məşq etməyi sevmədiyi üçün Ariel Orteqaya verilən “Kiçik eşşək” adları maraq doğurur.

Azarkeşlər dünya futbolundakı məşhur oyunçulara olduğu kimi məşqçilərə də müəyyən adlar tapıblar. Bu mənada italiyalı Dino Zoffa  “Abidə”, Fransa milli komandasının baş məşqçisi Loran Blana “Prezident” və onun “Qalatasaray”lı həmkarı Fatih Terimə “İmperator” adının verildiyini vurğulaya bilərik.

 

Yerli futbolçulara gəldikdə isə…

Dünya futbolunda olduğu kimi, Azərbaycanın futbol aləmində də azarkeşlərin yaddaşında ləqəbləri ilə  iz qoyan futbolçular yetərincədir. Karyerasını bitirənlər arasında qapıçılardan Hüseyn Məhəmmədovun “Qusik”, Nizami Sadıqovun “Cəfər”, müdafiəçi Səttar Əliyevin “İngilis”, yarımmüdafiəçi Zaur Tağızadənin “Qızıl oğlan”, Elçin Dərgahquluyevin “Soğan”, Mahmud Qurbanovun “Professor”,  Samir Musayevin “Buğa”Aslan Kərimovun “Qladiator”adı ilə tanınmasını qeyd edə bilərik. Hələ də yaşıl meydanda gördüklərimizdən isə maraqlı ləqəbi olan futbolçular kimi “Tank” ləqəbli Elnur Allahverdiyevin, “Sehirbaz” ləqəbli Rəşad Sadiqovun, həmçinin “Yapon” ləqəbi ilə məşhurlaşan  milli komandamızın iki  üzvü Fərhad Vəliyev və Elvin Məmmədovun, eləcə də “Meşok” ləqəbli Rauf Mehdiyevin, “Pele” ləqəbli Namiq Əliyevin,“Kötük”ləqəbli  Ramil Sayadovun və “Aut Anar” kimi tanınan Anar Vəliyevin adını çəkə bilərik.

Bundan başqa,  vaxtıilə ölkəmizdə çalışan ingiltərəli məşqçi Toni Adamsa futbolçu karyerası ərzində etdiyi kobud səhvlərə görə “Eşşək”, Azərbaycandakı məşqçilik fəaliyyəti ilə bağlı isə “Böyük boss” adı verilib.

Sonda isə maraqlı ləqəbləri ilə diqqət mərkəzinə düşən daha bir neçə bəzi yerli və xarici futbolçuları nəzərinizə çatdırırıq.

 

Yerli futbolçular

 

1. Branimir Subaşiç (“Xəzər-Lənkəran”) -“Banya”

2. Maksim Medvedev (“Qarabağ”) – “Maks”

3. Arif İsayev (“Qəbələ”) – “Messi”

4. Elvin Əliyev (“Bakı”)- “Kələ

5. Ruslan Poladov (“Simurq”) – “06 motoru”

6. Cahangir Həsənzadə (AZAL)- “Caqa”

7. Fərid Quluyev ( “Turan”)- “Kaka”

8. Namiq Həsənov (“Bakılı”) – “Qara”

9.. Rəşad Kərimov (klubsuz) – “Qara Rəşad”

10. Ramal Hüseynov (“Qaradağ-Lökbatan”) – «Dirsək»

11. Əli Quliyev (“ABN Bərdə”nin sabiq üzvü) – “At əli”

12. Ramazan Abbasov (“Bakı””) – “Roma”

13. İlqar Fərhadov (“Turan”ın sabiq oyunçusu) – “Fiti”

14. Vüqar Fərhadov (“Turan”ın sabiq oyunçusu) – ”Çopu”

 

 Əcnəbi futbolçular

 

1. Frans Backenbauer (Almaniyalı eks futbolçu) – “İmperator”

2. Lev Yaşin (Keçmiş SSRİ-nin qapıçısı) – “Qara hörümçək”

3. Marsel Desayi (Fransalı keçmiş futbolçu) – “Canavar” və “Qaya”

4. Pavel Nedved (Çexiyalı eks futbolçu) – “Oyuncaq ayı”

5. Edqar Davids (Holladiyalı futbolçu) – “Pitbull”

6. Giokoetxea (“Barselona”lı sabiq futbolçu) – “Qəssab”

7. Lius Hernandez (Meksikalı sabiq futbolçu) – “Qatil”

8. Pablo Sançes (Uruquvaylı futbolçu) – “Vitamin”

9. Emilio Butraqueno (İspaniyalı sabiq futbolçu) – “Ağbaba”

10. İvan Zamarano (Eks Çilili hücumçusu) – “Bambam” və “Bəla”

11. Qabriel Batistuta (Argentinalı sabiq hücumçu)- “Batiqol”

12. Lilian Türam (Fransa millisi və Fransanın sabiq üzvü) –“Professor”

13.Walter Samuel (Argentina millisi və İtaliyanın “İnter” klubunun müdafiəçisi) – “Qladiator” və “Divar”

14. Mateja Kezman (Serbiya millisinin keçmiş üzvü) – Batman

15. Robinho (Hal hazırda Braziliya millisinin və İtaliyanın “Milan” klubunun     hücumçusu) – Polipop

16. Kun Agüero (Argentina millisi və İngiltərənin Mançestr Siti klubunun hücumçusu) – El Kun. (El Kun cizgi film qəhrəmanıdır)

 

 

Tural Məmmədov

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər