Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması ilə bağlı tədbir keçirildi

767

“Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində təlimlərə başlayıb. Bu haqda qhtxeber.az-a məlumatı “Demokratik Gəncləri” İB-nin Mətbuat xidmətinin rəhbəri Çinarə Hüseynova verib.

Ç.Hüseynovanın sözlərinə görə, Sumqayıt şəhərində Sumqayıt şəhərində fəaliyyət göstərən Gənclər Təşkilatları və Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin nümayəndələrinin iştirakı ilə Gənclər arasında informasiya texnologiyalarından düzgün faydalanmanın təbliği və Virtual Ensiklopediya olan Vikipediyada Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə gənclərin maarifləndirilməsi” adlı kitabın təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan birliyin rəhbəri Ramil Süleymanov öncə layihə haqqında daha sonra bu kitabda olan mövzular haqqında qonaqlara ətraflı məlumat verib. O, bu kitabın işıq üzü görməsi üçün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə öz təşəkkürünü bildirib. Kitab haqqında danışan sumqayıtxeber.com qəzetinin redaktoru Eyvaz Qocayev bu layihənin əhəmiyyətli olması və əsasən də bu kitabın bu gün nədərəcə də actual olmasından danışıb.

Daha sonra Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun rəhbəri Rüstəm Sadıqov və həmin sektorun Aparıcı məsləhətçisi İsmayıl Kərimiov bu kitabda informasiya müharibəsində istifadə oluna biləcək təbliğat çateriallarının yer almasını bəyəndiklərini bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər