u gün Avropa Liqasının pley-off mərhələsinə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz “Qarabağ” səfərdə Moldovanın “Şerif” klubunun qonağı olacaq.
Tiraspol təmsilçisi də Ağdam klubu kimi mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 3-cü, “Şerif” isə 2-ci təsnifat mərhələsində uduzaraq, Avropa Liqasına düşüb.
Xatırladaq ki, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ” bu rəqibini mübarizədən kənarlaşdırıb. Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.
23 avqust
Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunu
21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Harald Lexner
Yan xətt hakimləri: Andreas Heydenreix, Maksimilian Kolbitş
Dördüncü hakim: Yulian Vaynberqer (hamısı Avstriya)
Hakim-inspektor: Vladimir Petrov (Ukrayna)
UEFA nümayəndəsi: Teyvo Holapaynen (Finlandiya)
Tiraspol, “Şerif stadium”.