Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, ölkəmizin yeganə təmsilçisi “Qarabağ” da qrupda ilk matçına İspaniyanın “Sevilya” klubunu qəbul edib.
Oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatıb. Lakin fasilədən sonra “Sevilya” təzyiqi artıraraq istəyinə çatıb. İspanlar ardıcıl üç qol vuraraq “Qarabağ”ı 3:0 hesabı ilə məğlub edib.