Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

1398

Zəhərlənməmək üçün qarpızın istehlakı zamanı bir sıra məsələlərə diqqət etmək lazımdır.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, qarpız seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir. Üzərində hər hansı zərərverici və ya zərərverici izlərinin olmaması, saplağının yaşıl olması da vacibdir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər yetirilməlidir. Yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə yetişdikcə açıq sarıya çevrilir.

Bundan əlavə, qarpızın cizgilərı aydın olmalıdır. Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin. Qarpız alarkən satıcının onu kəsməsinə icazə verməyin. Çünki ümumi istifadədə olan bıçaqdan alacağınız qarpıza mikrob düşmə ehtimalı var.

Təbii yetişmiş məhsul əldə etmək istəyiriksə qarpız öz mövsümündə, yəni iyun ayının sonundan sentyabrın əvvəlinə kimi, ələxüsus avqust ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə seçilir, həm də kəskin nişasta qoxusu verə bilər. Belə məhsulların istehlakı təhlükəlidir.

Qarpız alarkən nələrə diqqət etmək lazımdır?

Qarpızın ölkəmizdə təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Qeyd olunan vaxtdan əvvəl qarpız almaq məsləhət deyil. Qarpızın dadlı olması üçün, onun yetişməsinin sürətləndirilməsi, ölçüsünün böyük olması üçün istifadə olunan çox miqdarda nitrat – azotlu maddələr və yanlış saxlanma zəhərlənməyə səbəb ola bilər.

Qarpız alarkən bunları bilmək vacibdir:

Qalın qabıqlı, çəkisi 7-8 kiloqramdan artıq olan, üzərində boz və ağ zolaqları olan qarpızı almaq məsləhət deyil.

Qarpız sərin yerdə saxlanılmalı və birbaşa günəş şüaları altında qalmış, həmçinin əzilmiş, çürümüş və formasını dəyişmiş şəkildə olmamalıdır.

Bəzi hallarda qarpızın içi ağ və ya çəhrayı rəngdə olur, eləcə də qarpızın daxilində sarımtıl və ya qəhvəyi rəngdə damarlar müşahidə olunur. Bu hal qarpızın qənaətbəxş olmamasından xəbər verir.

Qarpız müvafiq sanitar qaydalara uyğun olaraq saxlanmalıdır. Yerdə yox, piştaxtanın üzərində satılan qarpızlara üstünlük verilməlidir.

Satış yerlərində, o cümlədən evdə qarpızı qapalı, sərin yerdə saxlamaq lazımdır. Doğranmış qarpız dilimlərini ancaq bağlı, plastik və ya polietilen qabda mənfi 18ºC temperaturda dondurub saxlamaq olar.

Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq və təmiz, quru bıçaqla kəsmək vacibdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər