Qazaxıstanda dəhşətli hadisə: 52 nəfər avtobusda yanaraq öldü - VİDEO

1115

Qazaxıstanda sərnişin avtobusu yanıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.

“İkarus” markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.

Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub.

Yanğının başvermə səbəbləri araşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər