Space Tv-də son günlərin ən çox izlənilən sosial layihəsi olan “Gəl Dərdini Danış” verilişində inanılmaz anlar yaşanıb.
Bir neçə gündür Qəbələdə intihar edən sevgililər haqqında məlumatlar dolaşır. Belə ki, avqustun 28-də rayon sakini, 23 yaşlı Elçin Mirsahibli və 34 yaşlı Günel Dadaşovanın asılmış vəziyyətdə meyitləri aşkar edilib.
İlkin məlumatda qonşuluqda yaşayan mərhumlar sevgi münasibətində olduqları deyilirdi. Sakinlər bildirmişdilər ki, onlar evlənmək istəsələr də valideynlər bu evliliyə razı olmayıblar. Onların evlilik məsələsinin baş tutmayacağını düşünərək intihara qərar veriblər.
Hadisə günü E.Mirsahib G.Dadaşovanın yaşadığı evə gəlib və əvvəlcə həyətdə olan yarımtikilidə qadını asaraq öldürüb, daha sonra isə özünü sevgilisinin yanında asaraq intihar edib. G.Dadaşova əvvələr ailəli olub və onun 7 yaşlı oğlu var.
Minval.info xəbər verir ki, gəzən söz-söhbətlərlə bağlı intihar etdiyi deyilən Günel Dadaşovanın anası “Gəl Dərdini Danış” verilişində açıqlama verib.
“Atasına, anasına xəbərdarlıq etdim. Oğlana əl çək, qızımdan uzaq dur dedim. Qızım evlidir, əri var, sağdır. Ailəsi ilə danışdım, oğlanı Bakıya göndərdilər, yenə qayıtdı. Əl çəkmirdi, deyirdi “sevirəm Güneli, evlənmək istəyirəm”. Qızım da razı deyildi. “Mən uşağımı böyüdəcəm” deyirdi, amma faydası olmadı. Qızın əri var. Neçə vaxtdır yoxa çıxmışdı. O da tapılıb çıxıb ortaya. Mənim qızım intihar etməyib. Onu zorla öldürüb. Qapını qırıb, girib içəri, qızıma dərman içirdib, yatızdırıb. Sonra da öldürüb. Qollarında oğlanın barmaqlarının izi var idi” – deyən Günelin anası, məsələnin intihar yox, qətl olduğunu iddia edib.
“Oğlanın məktubu da tapılıb. Məktubda yazılıb ki, “Mən Elçin Güneli öldürürəm. O ya mənim olmalı idi, ya da qara torpağın”
Dəhşətli anları ilk dəfə Amil Xəlilə danışan ana gəzən söz-söhbətlərə son verilməsini xahiş edib.
Verilişdə baş verən inanılmaz anları sizə təqdim edirik.